Dəbilqə serb naziri ölümdən saxladı - VİDEO

Maide.az-ın məlumatına görə, Serbiyanın enerji naziri Aleksandır Antiç ölümdən dönüb. Belə ki, o, ölkənin şərq hissəsində müşahidə olunan güclü qasırğa və qarlı havalarla əlaqədar yaranmış elektrik kəsintilərinin bərpası işlərinə nəzarət etmək məqsədilə regiona baş çəkərkən, qəfil zərbəyə tuş gəlib. Zərbə isə ağacdan sallanan sırsıranın onun başına düşməsi nəticəsində olub. Xoşbəxtlikdən, nazir dəbilqə taxmağı unutmayıbmış və məhz dəbilqə onun həyatını xilas edib. 

Google+ WhatsApp ok.ru