Dərbənddə Nizaminin abidəsinə qarşı vandalizm aktı

Ötən gecə Dağıstanın Dərbənd şəhərində Azərbaycan şairi və mütəfəkkiri Nizaminin abidəsi yandırılıb.
 
Abidənin olduğu şəhər parkında təmir işləri gedir və abidə ağ parça ilə örtülüb. Barbarlar parçanı yandırıblar və abidə yanıb. Maide.az xəbər verir ki, bu barədə Turan-a şəhər sakinləri məlumat veriblər.
 
Bundan öncə abidənin üzərinə rəng çəkilib və barmağı sındırılmışdı. Bu barbarlıq aktı barədə mətbuat yazmışdı.
 
Azərbaycan ictimaiyyəti baş verənlərdən narahatdır və bu işdə abidələrin qorunması üzrə tədbirlər həyata keçirməyən Dərbənd rəhbərliyini günahlandırır.
 
Bu yaxınlarda şəhərdə digər azərbaycanlı, Sovet İttifaqı qəhrəmanı Şamsul Ağayevin abidəsi dağıdılmışdı,
 
Dərbənd ictimaiyyəti bu faktlardan hiddətlənib və etiraz mitinqi keçirmək niyyətindədir, mənbə bildirib.
 

Google+ WhatsApp ok.ru