İŞİD Ərəbistandakı partlayışın məsuliyyətini üzərinə götürüb

Maide.az xəbər verir ki, terrorçu İŞİD qrupu bəyanat yayaraq, dünən üç nəfərin ölməsi və yaralanması ilə nəticələnmiş Ər-Riyad partlayışının məsuliyyətini üzərinə götürüb.
Ərəbistan Daxili İşlər Nazirliyinin məlumatına görə, partlayışı törədən Abdullah Fəhd Abdullah bu ölkənin paytaxtındakı bir yoxlama-buraxılış məntəqəsinə yaxınlaşandan və polis məmurları tərəfindən mühasirə olunduqdan sonra öz avtomobilini mühafizə olunan Əlhair zindanının yaxınlığında partladıb.
İki ay bundan qabaq da Ərəbistanın şərqindəki iki şiə məscidində terror partlayışı baş vermiş və 25 nəfər həlak olmuşdu. Terrorçu İŞİD qrupu həmin partlayışın məsuliyyətini də öz üzərinə götürmüşdü.

Google+ WhatsApp ok.ru