İŞİD Əfqanıstanın şərqində radio stansiyası istifadəyə verib

İŞİD Əfqanıstanın şərqində  Nəngərhar əyalətində radio stansiya açıb. 
Maide.az xəbər verir ki, Nəngərhar Əyalət Şurası elan edib ki, bu radio FM tezliyi üzərində yayımlanır və əyalətin hər bir yanında bu  radionu dinləmək imkanı var. 
Məlumata əsasən, İŞİD bu radio vasitəsi ilə Əfqanıstan hökuməti əleyhinə bəyanatlar səsləndirir.  Əfqanıstan Rabitə Nazirliyi İŞİD-in radiosunun fəaliyyətə başlamasını təsdiq edib. 
Nəngərhar əyaləti Əfqanıstanın şərqində və Pakistanla sərhəddə yerləşir. Bu böləgədə İŞİD aktivdir.   Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, İŞİD Nəngərhar əyalətini özü üçün baza yaratmaq istəyir.   Nəngərharda həmçinin Suriya və İraqdan olan İŞİD üzvlərinin olduğu bildirilir. /
 
 
 

Google+ WhatsApp ok.ru