Danimarkanın ikinci böyük şəhəri olan Arhusda məscid istifadəyə verildi

Danimarkanın ikinci böyük şəhəri olan Arhusda məscid istifadəyə verildi

“Avropanın mədəniyyət paytaxtı" sayılan Danimarkanın ikinci böyük şəhəri Arhusda inşası tamamlanan Brabrand məscidinin rəsmi açılış mərasimi keçirilib.
 
Türkiyə Diyanət Vəqfi tərəfindən bünövrəsi 2014-cü ilin avqust ayında atılan Danimarkanın Brabrand məscidinin açılış mərasimi Qurani-Kərimin tilavəti ilə başlayıb.
 
Şeir və ilahilər oxunması ilə davam edən mərasimdə, protokol çıxışlarından sonra, xatirəsi ilə bağlı Arhus bələdiyyəsinin sədri Yakob Bundsqaard, Kopenhagen Din Xidmətləri İdarəsinin müşaviri Adnan Bülənd Baloğlu və Türkiyə mənşəli yerli siyasətçilərə bir rəmzi təqdimatlar təqdim edilib.
 
Daha sonra eyni anda 1500 nəfərin ibadət etdiyi məscidin açılışı, lentin kəsilməsi ilə tamamlanıb. Cümə namazının qılınmasından sonra məscid camaatına ehsan süfrəsi açılıb. (deyerler)

Google+ WhatsApp ok.ru