Dağıstanda iki kənd arasında kütləvi dava - VİDEO 02 İyun 2016 01:00 Dünya Dağıstanın Babayurtovski rayonunun “Xasanay” və “Krasnıy oktyabr” kənd sakinləri bu yaşayış məntəqələri arasında yerləşən torpaq sahəsindən istifadəyə görə kütləvi dava salıblar. Oxu.Az xəbər verir ki, bu barədə “Komsomolskaya pravda” nəşri yazır. Məlumata əsasən, mübahisəni həll etmək üçün Dağıstan hakimiyyəti məhkəmənin qərarı olmadan bu torpaqlardan istifadə etməyi qadağan edib. İki kənd arasında kütləvi davanın videosu mayın 31-də Youtube portalında yerləşdirilib. Dağıstan DİN asayişi bərpa etmək üçün hadisə yerinə 85 OMON əməkdaşını göndərib. Hüquq-mühafizə orqanlarına müqavimət göstərən 5 dava iştirakçısı saxlanılıb. Bildirilir ki, davadan sonra “Xasanay” kənd sakinləri yaşayış məntəqələrini birləşdirən körpünü demontaj ediblər. Teqlər : # Dağıstanda iki kənd arasında kütləvi dava VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fransada nəqliyyat işçiləri tətilə başlayır Şeyx Əli Salman: Həbs müddətinin uzadılması bizi öz hüquqlarımızı tələb etməkdən çəkindirmir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO