`İŞİD internetdən bir bıçaq kimi istifadə edir`

"İŞİD internetdən bir bıçaq kimi istifadə edir". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Latviya Universitetində çıxışı zamanı deyib. Ərdoğan gəncləri sosial media ilə kifayətlənməməyə, oradakı oyunlara gəlməməyə çağırıb. 
 
"BMT-nin Təhlükəsizlik Şurasının son iclasında internet məsələsinin nəzərdən keçirilməsi müzakirə edilib. Bilirsiz niyə? İŞİD internetdən çox mükəmməl şəkildə istifadə etdiyi və bununla həm ictimaiyyəti terrorizmə sövq etdiyi, həm də öz təbliğatını ən ideal şəkildə həyata keçirə bildiyi üçün. Mən burada da bir bənzətmə işlədirəm. İnternet eynilə bıçaq kimidir. Əgər qatilin əlindədirsə, insan öldürər, əgər həkimin əlindədirsə, həyat qurtarar. Məsələ budur. Ona görə də İŞİD bir terror təşkilatı olaraq, internetdən insanları öldürdüyü bıçaq kimi istifadə edir", - Rəcəb Tayyib Ərdoğan belə deyib

Google+ WhatsApp ok.ru