İŞİD Nəcrandakı şiə məscidində partlayışla bağlı məsuliyyəti öz üzərinə götürüb

İŞİD terror qruplaşması dünən axşam 26 oktyabr Ərəbistanın cənubunda yerləşən Nəcran şəhərindəki şiələrə aid məsciddə törədilən terror aktı ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.
 
Maide.az xəbər verir ki, İŞİD terror qruplaşması öz “Twitter” səhifəsində namaz qılanları müşrik, məscidi isə məbəd adlandıraraq, insidentlə bağlı məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.
 
Terror qruplaşması öz səhifəsində yazıb: Bu partlayış İŞİD-in ünsürlərindən olan Əbu İshaq əl-Hicazi tərəfindən törədilib.
 
İŞİD öz “Twitter” səhifəsində Ərəbistanda azlıq təşkil edən şiə təriqətlərindən biri hesab olunan İsmailiyyə firqəsinə toxunaraq, qeyd edib ki, bu partlayış “İsmailiyyə firqəsini” hədəfə alıb.
 
Ərəbistanın bir məsciddə baş verən terror aktı nəticəsində ən azı 4 nəfər həlak olub, 30 nəfərdən artıq insan isə yaralanıb.
 
Namaz qılanlar Dəhze rayonundakı “Əh-Məşhəd” məscidindən çıxarkən, intiharçı bombanı işə salıb.

Google+ WhatsApp ok.ru