Dünyada 2 milyard nəfər kanalizasıya suyu ilə çirklənmiş su içir 13 Aprel 2017 01:00 Dünya Ümumdünya Səhiyyə Təşkilatı hazırda dünyada 2 milyard nəfərin kanalizasıya suyu ilə çirklənmiş su içməsi ilə bağlı xəbərdarlıq edib. Maide.Az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, dünya standartlarına uyğun sağlam və təmiz içməli suyu əldə etmək üçün çoxlu dəyişikliklər edilməlidir. Məlumatda qeyd olunub ki, hər il yüzlərlə insan çirkli su içdiyi üçün həyatını itirir. Ümumdünya Səhiyyə Təşkilatı dünya ictimaiyyətindən sağlam içməli suyu təmin etmək üçün daha çox investisiya yatırılmasını istəyib. Ümumdünya Səhiyyə Təşkilatının məsul şəxslərindən Maria Nira bildirib ki, bu gün təqribən 2 milyard nəfər kanalizasiya tullantıları ilə çirklənmiş su içir ki, bu da vəba, qan və qarın dizenteriyası və uşaq iflici kimi xəstəliklərin təhlükəsini yaradır. “Hər il 500 min nəfərdən çox insan çirkli su içdiyi üçün ishala tutulur və həyatını itirir”. (presstv)/ Teqlər : #Dünyada 2 milyard nəfər kanalizasıya suyu ilə çirklənmiş su içir , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Beynəlxalq Amnistiya ABŞ-ın Suriyaya qarşı raket hücumunu qınadı ABŞ-ın Şimali Koreya ilə bağlı planları mətbuata sızdı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO