Dünyada ilk ofşor və heyətsiz gəmi suya buraxılacaq 13 İyul 2017 01:00 Dünya Fransanın “Bourbon” və onun Norveç tərəfdaşı “Automated Ships Ltd” şirkəti tarixdə ilk ofşor və heyətsiz gəminin layihəsini hazırlayıb və suya buraxmağı planlaşdırır. Bu yaxınlarda hər iki tərəf qarşılıqlı razılaşma memorandumu imzalayıb. Tərtibatçılar avtonom ofşor gəminin ilkin prototipini yaradacaqlar. Layihənin reallaşdırılmasına Norveçin “Kongsberg” şirkəti də qoşulacaq. Unikal “Hrönn” layihəsinin əsas icraçısı ofşor gəmilərin istismarında böyük təcrübəsi olan “Bourbon” şirkətidir. “Hrönn” layihəsinin gəmisi tək gövdəli olmaqla neft və qaz hasilatı sahəsində köməkçi əməliyyatların aparılması, tədqiqat işləri, həmçinin balıqçılıq sənayesi üçün nəzərdə tutulub. Heyətsiz gəminin digər tipli gəmilərlə birlikdə istismarı planlaşdırılır. Layihənin büdcəsi və suya endirmə tarixi hələ açıqlanmır. (seanews) / Teqlər : #Dünyada ilk ofşor və heyətsiz gəmi suya buraxılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyədə 128 mindən çox Quran hafizi var İmam Əlinin (ə) hərəmində Mosulun azad edilməsi qeyd olunub - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO