Dünyada ruhi xəstəliklər sürətlə artır

Dünyada ruhi xəstəliklər sürətlə artır

Mütəxəssislər bunun dünya iqtisadiyyatına ciddi zərər verə biləcəyini açıqladı

Psixiatriya, ruhi xəstəliklər sahəsində mütəxəssislər, o cümlədən  ruhi xəstələr və ictimai təşkilatlardan  ibarət 28 nəfərlik  "Lancet Komisisyası"  hesabat yayıb. 
 
Maide.Az “AA”a istinadla xəbər verir ki, hesabatda dünya səviyyəsində hər gün artan ruhi xəstəliklərin  cəmiyyətə və iqtisadiyyata  ciddi zərərlər verə biləcəyi açıqlanıb.  
 
Aparılan araşdırmalara görə,  ruhi  xəstəliklərin artmasının qarşısı alınmazsa  2030-cu ilə qədər dünya iqtisadiyyatı 16 trilyon dollar ziyan görə bilər. 
 
Bu xərclərin  əsas hissəsi, xəstəxana, dərman və müalicə, o cümlədən sosial rifah və bu istiqamətdə təhsilin gücləndirilməsinə xərclənə bilər. 
 
Hesabat müəllifləri bildirirlər ki,  hazırda  vəziyyət çox acınacaqlıdır. Çünki dünya ölkələri qeyd olunan sahəyə  yetərincə  maliyyə vəsaiti ayırmır.  
 
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən aparılan  araşdırmalara görə,  hazırda  300 milyon insan depresiyadan,  50 milyon ağlını itirmə, 23 milyon şizofreniya, 60 milyon insan isə digər ruhi çatışmamazlıqlardan əziyyət çəkir. 
 
Maide.az
 

Google+ WhatsApp ok.ru