Dünya Halal Sərgisi başlayır - 7 trilyon dollar üçün mübarizə aparırlar 27 Noyabr 2019 11:42 Dünya Dünyanın ən böyük halal tədbiri hesab edilən Dünya Halal Zirvəsinin beşincisi sabah İstanbulda başlayacaq. Maide.az “Haber7.com”a istinadən xəbər verir ki, Zirvə çərçivəsində Halal Sərgisi də baş tutacaq. Sərgidə 50 ölkədən 500-ə yaxın şirkət iştirak edəcək. 9 mindən çox nümayəndənin qatılacağı Zirvədə isə halal ticarət müzakirə ediləcək. 1 dekabra qədər davam edəcək tədbirin mövzusu isə “Bütün nəsillər üçün halal: Ailənin və Gəncliyin Önəmi” olacaq. Məlumat üçün bildirək ki, 2021-ci ildə halal bazarın həcminin 7 trilyon dollara çatacağı proqnozlaşdırılır. Bunların arasında halal maliyyənin 3,5 trilyon dollar, ərzaq və içkinin 1,9 trilyon dollar, kimyəvi məhsullar və dərmanın 1 trilyon dollar, dini geyimlərin isə 243 milyard dollar həcmində olacağı gözlənilir. Sərgidə şirkətlər də bundan pay götürməyə çalışacaqlar. Teqlər : #Dünya,#Halal,#Sərgisi,#başlayır,#trilyon,#dollar,#üçün,#mübarizə,#aparırlar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rəsmi: Kərbəla Beynəlxalq Hava Lİmanı 2021-ci ildə istifadəyə veriləcək - FOTO Meksika narkokartelləri terrorçu təşkilat sayıla bilər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO