Dünya müsəlman alimləri İndoneziyada bir araya gəliblər

Müsəlman alimlərin IV beynəlxalq konfransı (ICIS) dünən, 25 noyabrda Cave bölgəsinin şərqində yerləşən Malang şəhərində keçirilib.
Maide.az xəbər verir ki, konfrans “Sülhməramlı bir cəmiyyətin qurulmasına sadiqlik”şüarı və İndoneziyanın birinci vitse-prezidentinin iştirakı ilə baş tutub.
 
İndoneziyanın birinci vitse-prezidenti Yusif Kala konfransda çıxışı zamanı deyib: Əgər bir dövlət öz xalqı ilə rəftar etmədikdə, əslində öz məhvi üçün şərait yaratmaq istiqamətində hərəkət etmiş olur.
 
Yusif Kala qeyd edib: Müsəlman dövlətləri müvafiq siyasət yürütməklə, zorakılığın, radikalizmin və terrorizmin qarşısını almalıdırlar.
 
Konfransda iştirak edən Malaziyanın sabiq baş naziri Abdulla Əhməd Bədavi isə bunları deyib: İndi müsəlmanlar barışıq və birlik yolu ilə özlərində tolerantlıq, mərhəmət və İslam nəzakətini gücləndirməli və zorakılıqdan çəkinməlidirlər.
 
Mənzil-qərargahı Brüsseldə yerləşən İrqçiliyə qarşı Avropa şəbəkəsinin rəhbəri Mikayıl Privo isə konfransda müsəlman cəmiyyətini radkillıq və zorakılıq yolunu seçmiş İŞİD və digər radikal qruplaşmalara qarşı sərt və qətiyyətli mpvqe sərgiləməyə çağırıb./

Google+ WhatsApp ok.ru