Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir 21 Sentyabr 2019 05:58 Dünya Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir. Təşkilatçılar sentyabrın 20-dən 27-dək dünyanın 156 ölkəsində 5,2 min iqlim tətilinin keçiriləcəyi haqda bəyan ediblər. Maide.Az "azeürtac"a istinadla verir ki, bu barədə iqlim müdafiəsi uğrunda tətil hərəkatının yaradıcısı Qreta Tunberq özünün Tvitter hesabında məlumat yayıb. İsveçli məktəbli Tunberq ötən il məktəbdə dərs keçmək əvəzinə hakimiyyət orqanlarından iqlim dəyişmələrinə qarşı mübarizə tədbirlərini gücləndirmək tələbi ilə İsveç parlamentinin qarşısına gəlib. Tunberqin təşəbbüsü “FridaysForFuture” - beynəlxalq cümə günləri hərəkatına çevrilib. İqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupunun rəyinə görə, bəşəriyyət istiləşmənin azı 1,5 dərəcədən yuxarı qalxmamasından ötrü karbon tullantılarını əhəmiyyətli dərəcədə azaltmalıdır. Lakin indiyədək yalnız 12 ölkə tullantıların azaldılması üzrə öhdəliklərini rəsmi şəkildə təsdiqləyiblər. “Qlobal iqlim tətilləri sentyabrın 20-dən 27-dək keçiriləcək: 156 ölkədə 5225 aksiya”, - deyə məlumatda bildirilir. “FridaysForFuture” hərəkatının fərziyyəsinə görə, ən irimiqyaslı aksiyalar ABŞ və Avropada keçiriləcək. İqlim tətilləri Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda sentyabrın 23-də işə başlayacaq iqlim sammitinə həsr olunur. Sammitdə ölkə rəhbərləri qlobal istiləşmənin qarşısının alınması üzrə fəaliyyəti müzakirə edəcəklər. Teqlər : #Dünyanın,#156,#ölkəsində,#iqlim,#tətilləri,#keçirilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fransada atışma baş verib - Yaralı var ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO