Dünyanın ən uzun əza bayrağı İmam Hüseynin (ə) hərəmində 01 Noyabr 2017 02:00 Dünya -- Bu bayraq İraq xalqının daha çox və dərin bir-birinə bağlanmasının, vəhdət və həmrəyliyinin nişanəsidir. Ərbəin gününə sayılı günlər qalmış üzərində “الحسین یوحدنا” (Hüseyn bizi birləşdirir) yazılı 4000 metrlik bayraq artıq İmam Hüseyn (ə) hərəmindədir. Maide.Az İranın “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, “Qəm-kədər bayrağı” adlanan bu 4000 metrlik bayrağın daşınmasında İraqın Diyale vilayətinin müxtəlif tayfalarına və qəbilələrinə mənsub olan sünni, siə, xristian, ərəb, kürd, türkmən və habelə dini mütəfəkkirlər, ziyalılar, qəbilə başçıları, təhlükəsizlik qüvvələri və xalq könüllüləri iştirak edib. Onlar bununla öz vəhdətlərini nümayiş etdirirlər. Məlumatda bildirilir ki, bu bayraq İraq xalqının daha çox və dərin bir-birinə bağlanmasına və həmrəyliyinə, eləcədə düşmənçilik və məzhəb bölgüsünün aradan qaldırılmasının nişanəsidir. Bayraqla yanaşı İraqın terrorçulardan təmizlənməsi zamanı şəhid olmuş Diyale əyalətinin şəhidlərinin şəkilləri də daşınıb. Qeyd edək ki, artıq 5 ildir ki, İraqın Diyale əyalətinin əhalisi bu bayrağı öz əyalətlərindən İmam Hüseynin (ə) hərəminə kimi dayışırlar. Bu bayraq dünyada İmam Hüseynin (ə) əzadarlığı üçün daşınan ən uzun bayraq adlandırılıb. Teqlər : #Dünyanın ən uzun əza bayrağı İmam Hüseynin (ə) hərəmində , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hindistanda transformator partladı - 14 nəfər öldü UNİCEF: İl ərzində 15 milyon qız təcavüzün qurbanı olur
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO