Dünyanın ən ucqar şimal məscidi dağılmaq təhlükəsilə üzləşib 03 Aprel 2018 01:00 Dünya -- İşıq və istilik sisteminin olmaması səbəbindən... Dünyanın ən ucqar şimal məscidi Norilskdə yerləşir və hal-hazırda məscid baxımsızlıqdan təhlükə ilə üzləşib. Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Ginnes Rekordlar kitabına salınmış məscid, işıq və istilik sisteminin olmaması səbəbindən dağılmaq üzrədir. Qeyd olunub ki, dünyanın ən ucqar şimal məscidi 20 il əvvəl fərdi layihə üzrə inşa olunub. Belə ki, məscidin minarəsi ənənəvi olaraq, dəyirmi formalı yox dördbucaqlı formada hazırlanıb. Ehtimal ki, bu otaqdakı istiliyi saxlamağa və küləklərdən qorumağa imkan verir. Ancaq bu memarlıq həll üsulu elektrik enerjisinin olmadığı və heç bir istiliyin olmadığı indiki müddətdə abidəni xilas edə bilmir. Media binanın donmasının yeraltı çəkilmiş elektrik naqillərinin kəsilməsilə əlaqədar olduğunu qeyd edirlər. Məscidin imam-camaatı kabelin sıradan çıxmasının Norilsk məscidinin yaxınlığında Şimal İnstitutunun köhnə qəzalı binasını sökən Liquidator şirkətinin işinin nəticəsi olduğunu qeyd edib. O, indi Norilsk müsəlmanları və Omsk müftiliyinin namaz evlərinin olmadığını qeyd edib. Teqlər : #Dünyanın ən ucqar şimal məscidi dağılmaq təhlükəsilə üzləşib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-da Tramp və polis zorakılığına qarşı aksiya - Foto Fransada kütləvi tətil həyatı “iflic” etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO