Dünyanın üçüncü ən böyük məscidi tikilir

Dünyanın üçüncü ən böyük məscidi Əlcəzairdə tikilir. 
 
Maide.az xəbər verir ki, Almaniyanın “Die Welt” qəzeti Əlcəzairdə dünyanın üçüncü ən böyük və bu ölkədə ilk ən böyük məscidin tikintisi haqqında məlumat dərc edib. 
 
Qəzet yazır ki, Əlcəzairin ən böyük məscidi layihəsi 374 min kvadrat metr ərazidə icra olunur. Məscidin minarələrinin hündürlüyü 265  metr olacaq və bu dünyada ən hündür minarədir. Məscidin hündürlüyü günbəzlə birlikdə 45 metr olacaq və məsciddə eyni vaxtda 35 min nəfər ibadətlə məşğul ola biləcək. 
 
Məscidin tikinti layihəsinin hazırlanmasını və incrasını Almaniyalı  mühəndis   həyata keçirəcək. 
 
Əlcəzairdə tikilməkdə olan məscid Məkkə və Mədinə məscidlərindən sonra üçüncü ənböyük məscid olacaq. Məscidin tikintisinə nə qədər vəsait xərclənəcəyi  məlumatda  açıqlanmayıb. /
 
 

Google+ WhatsApp ok.ru