`İŞİD` İraqın ər-Rəmadi şəhərini 4 tərəfdən mühasirəyə alıb

Maide.az-ın verdiyi məlumata görə, İŞİD terror təşkilatı  İraqın ər-Ramadi şəhərini mühasirəyə alıb. Əl-Ənbər əyalətindən olan parlament üzvü  Azal Ubeyd Dahi terrorçuların şəhəri 4 tərəfdən mühasirəyə aldığını bildirib. Ordunun və tayfa təmsilçilərinin döyüş sursatları bitdiyindən onlar  Əlbu Qənim, Əlbu Sudə, Ədbu mahal və Əs-Sufiyə rayonlarını tərk etmək məcburiyyətində qalıblar.
 
Dahi şəhərin  İŞİD terrorçuları tərəfindən tam ələ keçməsinin qarşısının alınması üçün, dərhal regiona  silah və döyüş sursatları göndərilməsi barədə çağırış edib.
 
Bu arada, əl-Ənbar valisinin müavini Mehdi Saleh Numan şəhərin girəcəklərinin və mərkəzinin ordu və yerli qəbilə silahlılarının nəzarətində olduğunu bildirib. O, bildirib ki, şəhərdə ordu qüvvələrinə hərbi dəstək çatdırılıb və onlar əks hücuma hazırdırlar.
 
"Əl-Ənbar" valiliyinin məlumatına baxmayaraq, son iki gündə ər-Rəmadi şəhərindən Bağdad istiqamətdə insanların kütləvi köçü başlayıb. On minlərlə insan şəhəri tərk edib.
 

Google+ WhatsApp ok.ru