Dörd ölkə türk xəbər kanalı yaradır 19 Avqust 2015 01:00 Dünya Avqustun 18-də Astanada Qazaxıstan, Azərbaycan, Türkiyə və Qırğızıstan nazirlərinin görüşündə beynəlxalq türk xəbərlər telekanalının yaradılması barədə protokol imzalanıb. 24.kz saytı bildirir ki, türk telekanalının açılması ideyasını ilk dəfə Nursultan Nazarbaev türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının IV sammitində irəli sürüb. Sentyabrda Əməkdaşlıq Şurası telekanalın harada yerləşəcəyinə dair məsələyə baxacaq. «Mənzil-qərargahın Astanada yerləşməsi ilə bağlı təklif var. Çox güman ki, bütün türkdilli ölkələrdə milli nümayəndəliklər olacaq», - Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov bildirib. «Bu, informasiya-analitika, ictimai-siyasi, həmçinin mədəni-sosial kanal olacaq», - o əlavə edib. Əli Həsənov kanalın nə zaman işə başlayacağı barədə sualı cavablandırmağa çətinlik çəkib. Belə ki, maliyyə məsələsi hələ açıq qalır. / Teqlər : #Dörd ölkə türk xəbər kanalı yaradır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyədə dördpartiyalı keçid hökuməti yaradıla bilər Türkiyədə 2 bələdiyyə sədri həbs edildi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO