Dörd ölkə Qətərlə diplomatik əlaqələri kəsib

Dörd ölkə Qətərlə diplomatik əlaqələri kəsib

BƏƏ,  Bəhreyn və Səudiyyə Ərəbistanı Qətərlə diplomatik əlaqələri kəsib.
 
Ərəb ölkələri bu addımı Qətərin Bəhreyinin daxili işinə qarışdığı üçün atdıqlarını bildirib.
 
"Xinhua" agentliyi qeyd edir ki, Misir həmçinin eyni səbəbə görə Qətərlə diplomatik münasibətlə son qoyub.
 
Eyni zamanda, Bəhreyn öz vətəndaşlarına Qətərə səfər etməyi qadağan edib və bu ölkənin diplomatlarına Krallığın ərazisini tərk etmək üçün 48 saat vaxt verib. Bundan başqa, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası tərəfindən Yəməndə keçirilən əməliyyatlarda da Qətərin iştirakı dayandırılıb.
 
Qətər və onun qonşuları arasındakı ixtilaf ABŞ və Fars körfəzi ölkələri arasında Ər-Riyadda keçirilmiş sammitdən 1 həftə sonra, Qətər agentliyi ölkə əmirinin adından İranla münasibətlərin qurulmasına dəstək verməsi haqda məlumat yaydıqdan sonra yaranıb. Üstəlik məlum sammit zamanı Səudiyyə rəhbərliyi bütün qonaqların adından rəsmi Tehranı “düşmən siyasətinə görə” tənqid edib və müvafiq cavabın veriləcəyi ilə hədələyib.
 
Daha sonra Qətər XİN-in rəsmi nümayəndəsi bildirib ki, agentliyin saytı sındırılıb və əmirin adından paylaşılmış nitqi xakerlər yerləşdiriblər. Lakin Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn bu təkzibi tutarsız hesab ediblər və rəsmi Tehranla münasibətlərin normallaşdırılması haqda sözlərin sanki həqiqətən də əmirə aid olmasına israr etməyə davam edir.
 
BƏƏ-in xarici işlər naziri Ənvər Qərqəş qonşularla münasibətlərin bərpa edilməsi üçün Qətəri öz siyasətini dəyişməyə və əvvəlki xətaları təkrarlamamağa səsləyib.
 

 

Google+ WhatsApp ok.ru