İŞİD Suriyanın BMT-dәki daimi nümayəndəsi Cəfərini Astanada terror etmək istəyib 16 Fevral 2017 02:00 Dünya İŞİD terror qruplaşması Qazağıstanın paytaxtı Astanada Suriyanın BMT-dәki daimi nümayəndəsi və müzakirələrdə Suriya nümayəndə heyətinin sədri Bəşər Cəfərini terror etmək istəyib. Maide.Az “mepanorama” saytına istinadən xəbər verir ki, Rusiyanın Kəşfiyyat idarəsi Astanada polis geyimində olan intiharçını Bəşər Cəfəriyə yaxınlaşmamışdan öncə həbs edib. Rusiya təhlükəsizlik qüvvələri bildirib ki, həbs olunan şəxs İŞİD terror qruplaşmasının üzvidir. “Terrorçu partlayıcı kəmərlə Bəşər Cəfəriyə yaxınlaşıb onu terror etmək fikrində olduğunu etiraf edib”. Bildirilir ki, terrorçular 5 nəfər olub. Həbs olunan terrorçular İraqdan Suriyaya, oradan İordaniya və İordaniyadan saxta pasportla Moskvaya və daha sonra Astanaya səfər edib. “Mepanorama” saytı yazır ki, Rusiya qüvvələri Qazağıstan rəsmilərinin icazəsi ilə həbs olunan şəxsləri istintaqını davam etdirmək məqsədilə Moskvaya göndərib. Teqlər : #İŞİD Suriyanın BMTdәki daimi nümayəndəsi Cəfərini Astanada terror etmək istəyib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Venesuela prezidenti CNN kanalını “ mafiya əlində müharibə vasitəsi” adlandırdı Səudiyyə rejimi Yəməndə qadınların yas mərasimini bombaladı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO