İŞİD terror təşkilatı daxilində hesablaşma artır

Maide.az xəbər verir ki, İraqın Diyalə vilayətinin təhlükəsizlik idarəsinin generalı Cəmil əş-Şuməri  açıqlamasında polisin etibarlı mənbələrə və sənədlərə sahib olduğunu və buna əsasən terror təşkilatının xüsusilə də Diyalə bölgəsində öz daxilində ciddi hesablaşma apardığını söyləyib.
 
O, təşkilatın daxilində artan ixtilaflara görə, terror təşkilatındakı bəzi qrupların öz başçılarından kömək istədiklərini və bu vəziyyətin ciddi olaraq daxildə yayıldığını söyləyib.
 
Qeyd edək ki, İŞİD terror təşkilatı mülki vətəndaşlara qarşı cinayətlərlə bərabər öz daxilində də təşkilat barədə ən kiçik tənqid səsələndirən üzvlərini sorğu-sualsız öldürməkdən çəkinmir.

Google+ WhatsApp ok.ru