İŞİD terrorçuları jurnalistlərə `başınızı kəsərik` dedi

Türkiyənin Urfa vilayətinin Akçakale rayonundakı sərhəd qapısında Dəclə İnformasiya Agentliyi və digər media orqanlarının müxbirləri İŞİD terrorçuları tərəfindən təhdid edilib. 
 
Maide.az xəbər verir ki, səhər saatlarında sərhəd qapısının yerləşdiyi sahəyə gedən jurnalistlərin Tel Abyaddan köç edənlərlə görüşdüyü zaman, türkdilli bir qrup terrorçunun jurnalistlərin yanına yaxınlaşdığı və jurnalistlərə "Niyə burada provokasiya edirsiniz, başqa işiniz yoxdur", - deyərək, onlara hücum cəhdi ediblər. 
 
Bölgədə olan digər jurnalistlərin də mübahisənin baş verdiyi sahəyə gəlməsi ilə birlikdə hücum cəhdindən əl çəkib uzaqlaşdığı qeyd olunan bu şəxslər bir müddət sonra təkrar müxbirlərin yerləşdiyi sahəyə gəlib. Qrupdan birinin fiziki hücumuna sözlə qarşılıq verən müxbirlər, "burada polis bir şey edə bilməz, amma burada gördüyünüz gənclər hər şeyi edər" cavabını alıblar.
 
Mübahisənin davam etdiyi zaman qrupdakı terrorçuların sayı artıb və sözügedən qrupun içərisindən bu dəfə də "ağıllı olmasanız, başınızı kəsərik" hədə-qorxusu səsləndirib.

Google+ WhatsApp ok.ru