İŞİD terrorçuları İmam Hüseyn (ə) zəvvarlarına hücum etmək istədi amma......

İraqın Daxili İşlər Nazirliyi paytaxt Bağdadda İmam Hüseyn (ə) Ərbəini zəvvarlarına hücum niyyətində olan bir qrup  terrorçunu zərərsizləşdirildiyini bildirib.
Maide.az  İraqın Va Xəbər Agentliyinə istinadən xəbər verir ki, İraqın Daxili İşlər Nazirliyi çərşənbə axşamı günü bəyanat yayaraq ölkənin təhlükəsizlik qüvvələri İmam Hüseyn (ə) Ərbəini mərasiminin keçirilməsi üçün tam hazır vəziyyətdə olduğunu elan edib və bildirib ki,təhlükəsizlik qüvvələri Əl-Durə və Mahmudiyyə məntəqələrində İmam Hüseyn (ə) zəvvarlarına hücum niyyətində olan İŞİD terror qruplaşmasının  7 nəfərlik dəstəsini zərərsizləşdirib.
Digər bir məlumata görə, İraq təhlükəsizlik qüvvələri Bağdadın cənubunda əl-Yusifiyyə məntəqəsində İŞİD-ə aid silah-sursat anbarını aşkarlayaraq zəbt ediblər."İŞİD terrorçuları bu anbardakı silah-sursatlardan Ərbəin mərasimində İmam Hüseyn (ə) zəvvarlarına hücum üçün istifadə etməyi planlaşdırırmışlar." 
Qeyd edək ki,  2 dekabr (20 səfər 1437-ci hicri qəməri)dünya şiələrinin 3-cü imamı şəhidlər sərvəri Həzrət Əba Əbdillahil-Hüseyn (ə) ərbəin günüdür./
 

Google+ WhatsApp ok.ru