İŞİD terrorçularına adam daşıyan Kanada xüsusi xidmət orqanının işçisi imiş

İŞİD-ə qoşulmaq üçün İngiltərədən Suriyaya gedən üç qıza Türkiyədə kömək etdiyi müəyyən olunan əcnəbi əsilli bir nəfərin saxlanılması Kanada siyasi gündəmini məşğul edib.
 
Maide.az xəbər verir ki, Türkiyədə nəzarətə alınan şəxsin Kanada Gizli Xidməti olan CSIS-lə əlaqəsi məsələsi Kanada Federal Parlamentində Dövlət Təhlükəsizliyi naziri Stiven Blaneye sual olaraq ünvanlanıb.
 
Ana müxalifətdəki Yeni Demokrat Partiyasından olan deputat Meqan Lesli yönəltdiyi, "Türkiyə mediasında CSİS-lə əlaqəli bir nəfərin yaxalandığı deyilir. Bu doğrudurmu" sualına cavab verən nazir Blaney, "Məsələdən xəbərimiz var. Milli təhlükəsizlik məsələlərinə şərh vermirəm. Ancaq biz bu cür hallar üçün Antiterror Qanununu qəbul etmək istəyirik", - deyib.
 
Türkiyənin "Anadolu" agentliyinin mövzu ilə əlaqədar Kanada Xarici İşlər Nazirliyi sözçüsü Johanna Quinneyə ünvanladığı suaı cavabsız qalıb. Quinney məsələnin Kanada Dövlət Təhlükəsizliyi Nazirliyinin sahəsinə girdiyini bildirərək, sualdan yayınıb. Kanada Dövlət Təhlükəsizliyi Nazirliyinin mətbuat katibi Jan-Kristofun Delerue də nazir Blaneyin parlamentdəki sözlərini təkrarlamaqla kifayətlənib.
 
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlamasında qızların Suriyaya keçidinə yardım edən adamın koalisiyaya üzv bir ölkənin kəşfiyyatında işlədiyini söyləmişdi.
 
15 yaşlı Shamima Begum, 15 yaşlı Amirə Abase və 16 yaşlı Kadiza Sultananın 17 fevral tarixində Londondan İstanbula getdikləri və daha sonra Suriyaya keçərək İŞİD-ə qoşulduqları bildirilir.

Google+ WhatsApp ok.ru