İŞİD terrorçularının yeni hədəfi Türkiyə olacaq 21 Fevral 2015 02:00 Dünya Maide.az xəbər verir ki, Türkiyənin məşhur yazarı İbrahim Karagül bugünkü köşə yazısında İŞİD-in Türkiyə planı barədə yazıb: İŞİD-in ilk hədəfi şiələr idi. Suriya və İraqda hərəkətə keçmişdilər. Sünniliyi istifadə edirdilər. Bir anda strategiya dəyişib, təşkilat sünni kürdlərin üzərinə yönəlib. Bu, qəribə vəziyyət idi və bu ana qədər sözügedən dəyişiklik barədə sağlam bir açıqlamasına rast gəlməmişəm. İndi, ilk deyəcəyim sözü sonra söyləyim: Bütün bölgəyə yönələn İŞİD-in Türkiyəni də vurması tam şəkildə mümkündür. Açığı, İŞİD-in cızdığı xəritəyə baxdıqda mən belə bir təcavüz qorxusu duyuram. Qarşıdakı aylarda İŞİD-in kürdlərə yönəldildiyi kimi, Türkiyəyə də yönəldiləcəyini, Türkiyəni də hədəf alacağını düşünürəm. Birləri Türkiyəni bu təşkilat vasitəsilə sınayacaq. Hər kəs çox diqqətli olmalıdır." Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildirmişdi ki, "heç kəs bizdən İŞİD-i qıcıqlandıracaq açıqlama gözləməsin." Teqlər : #İŞİD terrorçularının yeni hədəfi Türkiyə olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Terrorçular Suriyada yenə mülki vətəndaşları hədəf aldı Aydınlıq: `İŞİD silah qəbulu məsələsində Türkiyə və Pakistan ilə razılaşdı`
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO