İŞİD terrorçuları İraqda daha bir tarixi məscidi partlatdılar

Maide.az xəbər verir ki, İŞİD terrorçuların İraqın Mosul vilayəində tarixi Sultan Veys məscidini yandıraraq partladıblar.
 
Bildirilir ki, terrorçuların partlatdığı məscid qəbiristanlıqda tikilibmiş və 1838-ci ildə inşa olunduğu güman edilir.
 
Şahidlərin bildirdiyinə görə, İŞİD ərazidə yerləşən digər 10 məscidi partlatmaq üçün ora dinamit yerləşdiriblər. 
 
Qeyd edək ki, bu, İŞİD terrorçularının İraqda partlatdığı ilk tarixi abidə deyil. Ötən ilin dekabrında Mosulda Müqəddəs Mariya kilsəsi də terrorçular tərəfindən partladılmışdı. 2014-cü ilin noyabrında isə Georgi kilsəsini partlatmışdılar. 

Google+ WhatsApp ok.ru