İŞİD terrorçuları Suriyada İran generalını şəhid etdi- YENİLƏNİB

İranın müdafiə naziri: Terrorizm və sionizm tam məhv olanadək müqavimət davam edəcək

Hüseyn Dehqan general Hüseyn Həmədaninin Suriyada şəhid olması ilə bağlı başsağlığı məktubu yayıb. Maide.az “Mehr” Agentliyinə istinadən xəbər verir ki, başsağlığı məktubunda qeyd olunur: “Bu dəyərli şəhidin və Suriyada, Livanda, Fələstində, Yəməndə və digər müsəlman bölgələrində şəhadətə çatan bütün əziz şəhidlərin pak qanları XXI əsrin zülmkar və cəhalət rejiminin çirkin simasını ifşa edir”.
Məktubun davamında deyilir: Şübhəsiz ki, Genral Hüseyn Həmədaninin şəhid olması ilə terrorizmin və sionizmin kökünü kəsmək üçün müqavimət cəbhəsinin döyüşçüləri daha böyük əzmkarlıq nümayiş etdirəcəklər. 
 
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Suriyada öldürülüb. Maide.az "Fars" xəbər agentliyinə istinadən xəbər verir ki, general Hüseyn Həmdaninin İŞİD terrorçuları tərəfindən şəhid edildiyi bildirilir.
 
SEPAH-ın yaydığı açıqlamada generalın Hələb şəhərində şəhid edildiyi təsdiqlənib.

Google+ WhatsApp ok.ru