Egey dənizində yenə faciə: Biri üç aylıq körpə, beş ölü 11 Mart 2016 02:00 Dünya Egey dənizinin şimalında qeyri-qanuni yollarla Yunanıstanın Midilli adasına keçməyə çalışan əcnəbiləri daşıyan qayığın batması nəticəsində biri 3 aylıq qız körpə olmaqla 5 nəfər ölüb. Maide.az-ın məlumatına görə, Çanaqqalanın Ayvacık rayonundan dənizə çıxan içində Əfqanıstan və İran əsilli şəxslərin olduğu kater, sahildən 500 metr məsafədə hələ müəyyən olunmayan səbəbdən batıb. Hadisə yerinə gedən Sahil Təhlükəsizlik Komandanlığına aid qruplar dənizdən biri 3 aylıq qız uşağı olmaqla 5 nəfərin cəsədini çıxarıb, 9 nəfər isə sağ xilas edilib. Xilas edilənlər 2 nəfərin də itkin düşdüyünü bildirib. Teqlər : #Egey dənizində yenə faciə: Biri üç aylıq körpə,#beş ölü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Parisdə atışma- yaralananlar var Ayətullah Etimadi vəfat edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO