Ermənistanda etiraz aksiyalarında iştirak edən 83 nəfər tutuldu 20 Aprel 2018 01:00 Dünya -- yollar yük maşınları ilə mühasirəyə alınıb Bu gün Ermənistanda hüquq-mühafizə orqanları etiraz aksiyalarında iştirak edən 83 nəfəri saxlayıb. Maide.Az "APA-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidmətinin rəhbəri Edqar Canoyan bildirib. Etiraz aksiyalarının təşkilatçısı, parlamentin üzvü Nikol Paşinyan isə yolların yük maşınları ilə mühasirəyə alındığını açıqlayıb. O bildirib ki, plan baş tutarsa, “məxməri inqilab” bir neçə günə başa çatacaq. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir olması ilə bağlı etiraz aksiyaları aprelin 13-dən başlayıb. Etirazlara baxmayaraq, aprelin 17-də Serj Sarkisyan parlamentdə keçirilən xüsusi iclasda bu posta təyin olunub. Ölkə Konstitusiyasına edilən dəyişikliyə əsasən, Ermənistan parlament üsul idarəçiliyinə keçir və prezidentin səlahiyyətləri baş nazirə verilir. Teqlər : #Ermənistanda etiraz aksiyalarında iştirak edən 83 nəfər tutuldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qətərə görə Somaliyə də təzyiqlər başladı Türkiyədə partlayış: 1 ölü, 16 yaralı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO