Evləri dağıdılan fələstinlilər:  `Onlar söksün, biz tikəcəyik`

Evləri dağıdılan fələstinlilər: `Onlar söksün, biz tikəcəyik`

 
Çadırda həyat mübarizəsi verən fələstinlilər bildiriblər ki, işğalçı İsrail rejiminin buldozerləri evimizi bir neçə dəqiqə içərisində xarabalığa çevirib. Bizi evlərimizdən torpaqlarımızdan qovmaq istəyirlər. Onlar dağıtsa belə, biz yenidən inşa edəcəyik. 
 
Maide.Az xəbər verir ki, İsrail rejiminin İordaniyanın qərb sahilində evlərini sökdüyü fələstinli ailələr, çadırlarda yaşamağa məcbur ediliblər.
 
Sionist İsrail rejimi, 1967-ci ildə bu ərazilərdə fələstinli ailələrin evlərini sökərək yəhudi məskunlaşmaları həyata keçirir. 
 
Yəhudilər, yeni yaşayış komplekslərində yaşayırlar. Amma evlərindən didərgin salınmış fələstinlilər isə bir neçə yüz metr uzaqlıqda eyni bölgədə dörd dirək üstündə qurulan çadırda yaşayırlar.
 
Bu bölgədə yasşayan Həzalin ailəsi bildirib ki, İsrail rejimi bundan əvvəl bir neçə dəfə evimizi dağıdıb. Amma biz yenidən inşa etdik. Onlar evlərimizi söksədə biz yenə tikcəyik. Bura bizim vətənimizdir. Vətənimizi tərk edib gedə bilmərik. /

Google+ WhatsApp ok.ru