Çexiyada hücum: 8 ölü 25 Fevral 2015 02:00 Dünya Çexiyanın şərqindəki Uherski Brod şəhərində restorana təşkil olunan hücumda 8 nəfərin həyatını itirdiyi bildirildi. Maide.az xəbər verir ki, Slovakiya sərhədi yaxınlığındakı Uherksi Brod şəhərinin bələdiyyə sədri Patriarx Kuncar, bir nəfər silahlı şəxsin girdiyi restoranda ətrafa atəş açması nəticəsində 8 nəfərin öldüyünü açıqlayıb. Kuncar 60 yaşlı təcavüzkarın da öldüyünü söyləyib. Restoranda hücum zamanı 20 nəfərin olduğu təxmin edilərkən, təcavüzkarın məqsədinə dair hələlik hər hansı bir məlumat verilməyib. Çexiya mətbuatında yer alan xəbərlərə görə, hücum nəticəsində 8 nəfərin həyatını itirdiyini təsdiq edən Daxili İşlər naziri Milan Chovanec, paytaxt Praqanın 300 kilometr cənub-şərqindəki Uherski Brod şəhərinə baş çəkib. Teqlər : #Çexiyada hücum: 8 ölü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Məscid minarəsini kran üzərində belə təmir etdi - FOTO Yəhudi mühacirlər məscidi yandırdılar
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO