Eyfel qülləsi təhükəsizliyə görə şüşə divarla əhatələnəcək 09 Fevral 2017 02:00 Dünya Divarın inşası 20 milyon avroya başa gələcək Fransa paytaxtı Parisin əsas rəmzi sayılan Eyfel qülləsi təhlükəsizliyə görə gülləkeçirməyən şüşə divarla əhatələnəcək. "Report" xəbər verir ki, bu barədə "Parisien" qəzeti yazıb. Hündürlüyü 2,5 metr olacaq divarın inşası 20 milyon avroya başa gələcək. Divarın inşasının payızda başa çatacağı gözlənilir. Qeyd edək ki, daha əvvəl - futbol üzrə Avropa Çempionatı-2016 ərəfəsində qüllənin ətrafında metal hasarlar və yoxlama məntəqələri quraşdırılmışdı. Xatırladaq ki, Eyfel qülləsi Fransa hökumətinin sifarişi əsasında mühəndis Qustav Eyfel tərəfindən 1889-cu ildə Paris sərgisi üçün tikilib və o dövrün dünyadakı ən hündür tikilisi olub. Abidəni ildə təqribən 7 milyon nəfər ziyarət edir. / Teqlər : #Eyfel qülləsi təhükəsizliyə görə şüşə divarla əhatələnəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünyanın 12 ölkəsindən fəallar Rohingiya müsəlmanlarına yardım çatdırmağa çalışır -VİDEO İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəmi qaraya bürünüb - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO