Şeyx Əli Salman barəsində irəli sürülən ittihamlar 07 Yanvar 2015 02:00 Dünya Bəhreynin Əl-Vifaq cəmiyyətinin baş katibinin vəkili Şeyx Əli Salmanın baş prokurorluqdakı sorğusunun başa çatdığını və məhkəməyə göndərildiyini açıqlanıb. Maide.az xəbər verir ki, Şeyx Əli Salmanın vəkili Abdullah Şəmlavi açıqlamasında bunları deyib: "Baş prokurorluq Şeyx Əli Salmanın sorğusunu başa çatdırıb və Salman məhkəməyə göndərilib. Şəmlavi çıxışında, baş prokurorluğun mühakiməsinin sonunda Şeyx Əli Salman haqqındakı ittihamları elan etdiyini vurğulayıb. Şeyx Əli Salman haqqındakı əsas ittihamlar belədir: 1. Qeyri-qanuni ifadələrlə siyasi hökuməti dəyişdirməyə çalışmaq. 2. Qəbilə ayrı-seçkiliyi etmək və bu yolda təhrikedici ifadələr işlətmək. 3. Gizli şəkildə qanunlara qarşı hərəkət etmək və xalqı cinayətkarlığa həvəsləndirmək. 4. Daxili İşlər Nazirliyinə iftira atmaq. Şeyx Əli Salmanın vəkili müvəkkilinin bütün ittihamları rədd etdiyini vurğulayıb. Şəmlavi daha sonra Əl-Vəfaq baş katibinin girov müqabilində sərbəst buraxılması barədə vəsatət qaldırdıqlarını deyib. Teqlər : #Şeyx Əli Salman barəsində irəli sürülən ittihamlar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həmas heyəti İslami Vəhdət Konfransında iştirak etmək üçün İrana gedib Ayətullah Qasim Şeyx Salmanın dərhal azad edilməsini tələb edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO