Şeyx Nimrlə əlaqədar Səudiyyə konsulluğuna gedən jurnalisti `qara maskalılar` aparıb

Şeyx Nimrlə əlaqədar Səudiyyə konsulluğuna gedən jurnalisti "qara maskalılar" aparıb.
 
Maide.az "İslamazeri"yə istinadən verdiyi məlumata görə, Türkiyənin tanınmış jurnalistlərindən olan  Mustafa Seyfullah Kılıç Ayətullah Nimrin edam edilməsi xəbəri ilə əlaqədar Səudiyyə konsulluğuna gedib.
 
Konsulluq əməkdaşlarından Şeyx Nimrin edam edilib-edilmədiyini öyrənən jurnalist və onu müşayiət edən şəxslər binanı tərk edən kimi Türkiyə xüsusi xidmət orqanlarının qara maskalı əməkdaşları tərəfindən saxlanılıb.
 
M.S.Kılıc və onu müşayət edən iki nəfərə bildirilib ki, onlar konsulun köməkçisini təhdit ediblər, buna görə də onların ifadələri alınıb və sonra sərbəst buraxılıblar. /

Google+ WhatsApp ok.ru