Şeyx Nimrlə həmrəylik nümayiş etdirən Bəhreyn xalqı İmam Hüseyn ayinlərinə hörmətsizliyi qınadı

Bəhreyn vətəndaşları aksiya keçirərək Şeyx Nimrlə həmrəylik nümayiş etdirərək, hakim rejim tərəfindən İmam Hüseyn (ə) ayinlərini təhqir olunmasını pisləyib.
 
Maide.az xəbər verir ki, aksiya 31 oktyabr şənbə günü Ali, Əl-Belad, əl-Qədim və Əl-Məamir şəhərlərində keçirilib və çoxlu sayda inqilabçı Bəhreyn vətəndaşları bu mitinqlərdə iştirak ediblər.
 
Bəhreynin mübariz alimlərindən olan Şeyx əl-Cəd Həfsi və şəhid ataları mitinqinin önündə olublar.
 
Aaksiya iştirakçıları hakim rejimin qüvvələri tərəfindən Hz.İmam Hüseyn (ə) ayinlərinin təhqir olunmasını pisləyən şüarlar da səsləndiriblər.
 
Yürüş iştirakçıları habelə Səud rejimi tərəfindən ölüm hökmünə məhkum olunan şiə ruhanisi Ayətullah Nimr Baqir əl-Nimrlə həmrəylik nümayiş etdiriblər.

Google+ WhatsApp ok.ru