Şeyx Zəkzaki və həyat yoldaşı naməlum yerə köçürülüb

Şeyx Zəkzaki və həyat yoldaşı naməlum yerə köçürülüb

Hazırda həbsdə saxlanılan Nigeriya İslami Hərəkatın rəhbəri və bu ölkənin Əhli-Beyt (ə) ardıcıllarının lideri Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı şənbə günü naməlum yerə köçürülüb. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki,  Şeyx İbrahim Zəkzaki və həyat yoldaşı Zinət xanım  Nigeriyanın paytaxtı  Abucada naməlum yerə köçürülüblər. 
Bildirilib ki, Şeyx Zəkzakinin həyatına sui-qəsd (terror) təhlükəsi olduğu üçün bu addım atılıb. 
 
Qeyd edək ki, dekabrın əvvəlində 1 il heç bir ittiham irəli sürülmədən həbsdə saxlanılan Nigeriya İslami Hərəkatın rəhbəri və bu ölkənin Əhli-Beyt (ə) ardıcıllarının lideri Şeyx İbrahim Zəkzakinin barəsində Nigeriya Federal Ali Məhkməsi qərar çıxarmış və onun 45 gün ərzində sərbəst buraxılmasını tələb etmişdi. 
dah
 
Daha sonra Nigeriya hökumət rəsmiləri təxribata əl ataraq məhkəmənin qərarı ilə tez bir zamanda həbsdən azad etməli olduqları Şeyx Zəkzakinin mühakimə olunacağını açıqlayıblar.  Kaduna rəsmiləri elan edib ki, Şeyx Zəkzaki ötən 30 il ərzində Nigeriya İslami Hərəkatının (İMN) “qanunsuz” fəaliyyətinə görə mühakimə olunmalıdır. 
Hökumət Şeyx Zəkzaki və onun başçılıq etdiyi hərəkatı  “əcnəbi güclərə bağlılıqda” günahlandırıb. Beləliklə Nigeriyada Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkinin baş katibi olduğu Nigeriya İslam Hərəkatı (İMN) qanunsuz elan olunub.
 
Xatırladaq  ki, 2015-ci ilin dekabrın ortalarında Nigeriya ordusu Zaria şəhərində şiələrin toplaşdığı Bəqiyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri, ölkə şiələrinin lideri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı təqribən 2000 nəfəri öldürmüşdü. Bundan sonra Şeyx Zəkzaki xanımı ilə birlikdə həbsxanaya göndərilib. Onun 3 övladı şəhid edilib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zaria şəhərinə hücum zamanı ən az 300 Əhli-Beyt (ə) tərəfdarının öldürüldüyünü elan edib. Bəzi məlumatlara görə, hücum zamanı 1000-dək şiə qətliam olunub. Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır.
 
Ötən ildən indiyədək Nigeriyanın müxtəlif şəhərlərində Əhli-Beyt (ə) tərəfdarları dəfələrlə dinc etiraz aksiyaları keçirərək Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzaki və digər məhbusların azadlığa buraxılmasını tələb ediblər.
 
 

Google+ WhatsApp ok.ru