Şeyx Zəkzakinin sağlamlıq durumu çox pisdir

Şeyx Zəkzakinin sağlamlıq durumu çox pisdir

Şeyx Zəkzakinin sağlamlığı təhlükə altındadır. Bunu Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakinin qardaşı oğlu Yəqub Zəkzaki deyib. 
 
Maide.İnfo xəbər verir ki, Y. Zəkzaki deyib ki, Şeyx Zəkzakiyə hazırda  axlanıldığı yerdə güclü həkim nəzarəti lazımdır. “Nigeriya hökuməti Şeyx Zəkzakini hazırda Əbucada bir evdə dustaq saxlayır. Bu ev təhlükəsizlik qüvvələri tərəfindən qorunur və əldə etdiyimiz məlumata görə Şeyxin sağlamlıq durumu təhlükədədir və ona xüsusi tibbi xidmət göstərilməlidir”. 
 
Y. Zəkzaki deyib ki, Nigeriya hökuməti şiələrə qarşı zülmlərini hələ də davam etdirir və onların dinc aksiyalar keçirməyə və dini mərasimlər təşkil etməsinə icazə vermir.
 
Yaqub Zəkzaki Nigeriya şiələrinin sayı ilə bağlı bildirib ki, mən Nigeriya şiələrinin sayını dəqiq bilmirəm, amma bir neçə il öncə vəhhabi televiziya kanallarının biri şiələrin 20 milyon nəfər olduğunu açıqlamışdı. Düşünürəm Nigeriya Əhli-beyt (ə) ardıcıllarının sayı bundan daha çoxdur.
 
Qeyd edək ki, 2015-ci ilin dekabrın ortalarında Nigeriya ordusu Zaria şəhərində şiələrin toplaşdığı Bəqiyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri, ölkə şiələrinin lideri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı təqribən 2000 nəfəri öldürmüşdü. Bundan sonra Şeyx Zəkzaki xanımı ilə birlikdə həbsxanaya göndərilib. Onun 3 övladı şəhid edilib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zaria şəhərinə hücum zamanı ən az 300 Əhli-Beyt (ə) tərəfdarının öldürüldüyünü elan edib. Bəzi məlumatlara görə, hücum zamanı 1000-dək şiə qətliam olunub. Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır. /

Google+ WhatsApp ok.ru