Şeyx Zəkzakinin səhhəti ilə bağlı vəziyyətin gizlədildiyi iddia olundu

Şeyx Zəkzakinin səhhəti ilə bağlı vəziyyətin gizlədildiyi iddia olundu

"Nigeriya İslam Hərəkatı"nın lideri Şeyx İbrahim Zəkzakinin oğlu hökuməti tənqid edib. Şeyx Zəkzakinin oğlu İbrahim Zəkzaki bu barədə fikirlərini rəsmi "Tvitter" hesabında yazıb.

"Nigeriya hökuməti Şeyx Zəkzakinin səhhəti ilə bağlı vəziyyəti qəsdən gizlədir", - deyə İbrahim Zəkzaki yazısında diqqətə çatdırıb.

O qeyd edib ki, hökumət nədənsə Şeyx Zəkzaki və xanımı barədə məlumat verməkdən qaçır. Nigeriya hökuməti isə İbrahim Zəkzakinin ittihamlarına münasibət bildirmir. /eastnews.org/

Google+ WhatsApp ok.ru