Fələstinli mücahidə ölkədən çıxmaq qadağası

İsrail rejiminin Daxili İşlər Nazirliyinin "1948 Fələstin İslam Hərəkatı"nın lideri Şeyx Raid Salahın ölkə xaricinə səyahət qadağasını uzatdığı bildirilir.
 
Maide.az xəbər verir ki, hərəkatın web saytında yer alan açıqlamada İsrail rejiminin Daxili İşlər Nazirliyinin "İsrailin təhlükəsizliyinə təhlükə yaratdığı" səbəbilə Salahın ölkə xaricinə səyahət qadağasını 9 yanvar 2015-ci ilə qədər uzatdığı qeyd olunub.
 
Bəyanatda həmçinin səyahət qadağasının üçüncü dəfə uzadıldığı xatırladılıb.
 
Bu arada Salah qadağanın uzadılmasına dair verdiyi bəyanatda, "İşğalçı rejimi təzyiq və zülmlə Fələstin xalqının və gənclərin iradəsini qıracağını düşünürsə, yanılır. Təzyiqinin ölçüsü nə olursa olsun, əsla iradəmizi və Qüdsdəki müqavimətimizi qıra bilməzlər. İşğalçı rejim etdiyi zülmlər səbəbindən peşmançılıqdan başqa bir şey əldə etməyəcək" deyilir.

Google+ WhatsApp ok.ru