Fələstinli məhbusların aclıq aksiyası davam edir

Fələstinli məhbusların aclıq aksiyasında iştirak edənlərin sayı artıb.
Maide.az-ın Türkiyənin Anadolu xəbər agentliyinə istinadən məlumatına görə,  aclıq aksiyası keçirən məhbusların sayı ötən həftə 70 nəfər idi, hazırda isə 100 nəfərə çatıb.
Fələstinli Məhbuslar Cəmiyyəti bildirib ki, sionist rejim zindanlarındakı fələstinli əsirlərin bir çoxu bəzi məhbusların həbsinə etiraz olaraq keçirilən aclıq aksiyasına qoşulub. "Fələstinli əsirlər sionist rejim başçılarının bəzi məhbusları karsda yerləşdirmək üzrə son qərarına etiraz olaraq, aclıq aksiyası keçirirlər."
Qeyd olunan cəmiyyət bundan qabaq bildirmişdi ki, təqribən 7 min fələstinli sionist rejim zindanlarında həbsdədir. Onlar arsında 16 qadın və 250 uşaq da var.

Google+ WhatsApp ok.ru