Fələstinin müstəqilliyinə dair sənəd BMT-yə yenidən təqdim ediləcək

Ərəb Liqası BMT Təhlükəsizlik Şurasında (TŞ) qəbul edilməyən müstəqillik aktını yenidən quruma təqdim edəcək.

Misir paytaxtı Qahirədə XİN rəhbərləri səviyyəsində keçirilən iclasın yekun sənədində belə bir qərar verilib, - AA.
BMT TŞ 31 dekabrda keçirilən səsvermədə 1967-ci ildəki sərhədlər çərçivəsində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin tanınmasını nəzərdə tutan sənədin səsverməsində ABŞ və Avstraliya "yox" deyib, İngiltərə, Litva, Nigeriya, Cənubi Koreya və Ruanda bitərəf qalıb. Fransa, İordaniya, Çili, Argentina, Çad, Lüksemburq, Çin və Rusiyanın "bəli" dediyi sənədin qəbul edilməsi üçün lazım olan 9 səs çatışmayıb. /

 

Google+ WhatsApp ok.ru