Fələstinlilər kanadalı naziri yumurta atəşinə tutdular - foto

Kanadanın xarici işlər naziri Con Beyrd Ramallah şəhərində etirazla qarşılanıb
 Maide.az-ın məlumatına görə, Fələstinə səfər edən Kanadanın xarici işlər naziri Con Beyrd Ramallah şəhərində etirazla qarşılanıb.
Nazir avtomobilə minərkən onun istiqamətində bir neçə yumurta atılıb. Yumurtalar nazirdən yan keçib, maşına dəyib.
Kanadalı nazir avtomobilə mindirilərək ərazidən uzaqlaşdırılıb. Etiraz aksiyası nazir getdikdən sonra da davam edib.
Etiraz səslərini yüksəldənlər “Beyrd, səni Fələstində görmək istəmirik” kimi şüarlar səsləndiriblər.
Etirazçılar kanadalı naziri İsrailin maraqlarına uyğun addımlar atdığına görə tənqid ediblər.
“O, Sionist rejimini müdafiə edir. O, xalqımızın hüquqlarını tapdalayır və qəsəbələrin salınmasını dəstəkləyir”, – deyə etirazçılar bildiriblər.
Kanadalı nazirin Yaxın Şərq səfəri 5 gün davam edəcək. O, fələstinli və israilli rəsmilərlə görüşəcək. Görüş zamanı Sionist rejimin Şərqi Qüdsdə yeni qəsəbələr salması məsələsi müzakirə olunacaq.
/

 

Google+ WhatsApp ok.ru