Fələstinli Qərb sahilində 3 sionist hərbçini maşınla əzdi

Maide.az Fələstin İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, fələstinli bir gənc cümə axşamı günü İsrail hərbçiləri və sionist qəsəbə sakinlərinin cinayətlərinə cavab olaraq, şəxsi avtomobili ilə sionist hərbçiləri əzib. Qərb Sahilində baş verən bu hadisənin ardınca, sionist hərbçilər atəş açaraq, fələstinli gənci öldürüblər. 
 
Hadisə nəticəsində 3 sionist hərbçinin xəsarət aldığı bildirilir. 
 
Bu hadisə sionist qəsəbə sakinlərinin Duma şəhərində, Əli əl-Dəvabişə adlı südəmər bir uşağın diri-diri yanması ilə nəticələnən cinayətindən 6 gün sonra baş verib.

Google+ WhatsApp ok.ru