Fələstin İslam Hərəkatının rəhbəri 11 ay müddətinə azadlıqdan məhrum edilib

 
Sionist İsrail rejimi Məhkəməsi işğal olunmuş ərazilərdə Fələstin İslam Hərəkatının rəhbəri  Şeyx Raed Səlahi 11 ay müddətinə azadlıqdan məhrum edib.
 
Maide.az xəbər verir ki, Şeyx Raed Səlah haqqında məhkəmə hökmü çərşənbə axşamı günü çıxarılıb; onun həbsə məhkum edilməsinin səbəbi 2007-ci ildə Vadi əl-Couz rayonunda nitq söyləməsidir.
 
İşğalçı İsrail Mərkəzi Məhkəməsi bildirib ki, Şeyx Səlah bu çıxışında fələstinliləri Sionist rejiminə qarşı müqavimət göstərməyə təşviq etmişdi.
 
O, bu çıxışda qeyd etmişdi ki, İsrail Qüdsün və Məscid-əl Əqsanın işğalı ilə tənəzzülə doğru gedir.
 
Məhkəmənin rəyinə əsasən, Fələstin İslam Hərəkatının rəhbərinin məhkumluq dövrü noyabrın əvvəlindən başlayır.
 
Bu arada, Tel-Aviv rejiminin Prokurorluğu əvvəlki məhkəmə iclaslarında Şeyx Səlaha 18-40 ayadək azadlıqdan məhrum etmə cəzası tələb etmişdi.
 
O əvvəllər özünə qarşı istənilən məhkəmə hökmünü  etibarsız  sayaraq bildirmişdi ki, İsrail rejiminin bu addımı Qüdsün və Məscid-əl Əqsanın yəhudiləşdirilməsinə hesablanıb.
 
Şeyx Səlah əlavə edib ki, əgər işğalçı rejim onu həbs edərsə, Məscid-əl Əqsanı müdafiə edəcək, çünki “əsirlik Məscid-əl Əqsanın yolunda və onun müdafiə edilməsində ata biləcəyi ən kiçik addımdır ”. /
 

Google+ WhatsApp ok.ru