Fətullah Gülənin rəsmi saytı Türkiyədə qadağan edildi

İstanbul 7-ci Sülh Cəza Hakimliyi nurçuların lideri Fətullah Gülənin çıxışlarının yayımlandığı rəsmi internet saytının qadağan edilməsinə qərar verib.
 
Maide.az xəbər verir ki, qərarda sözügedən çıxışlarda təşkilat lideri Gülənin rəhbər və üzvlərinə keçiriləcək aksiyalarla bağlı mesaj və təlimat verdiyinin aydın olduğu, bu səbəblə prokurorluq tərəfindən istintaq açıldığı bildirilir.
 
Təşkilat lideri Gülənin sözügedən internet saytından yayımlanan bəzi çıxışlarında Türkiyə daxilində başladılan hiylə araşdırmalarına qarşı göstəriş verdiyi və təşkilat rəhbəri ilə üzvlərinin həmin tapşırıqlara uyğun hərəkət etdikləri deyilir.

Google+ WhatsApp ok.ru