Fəllucə əməliyyatı, Ərəbistan şahzadələrinin kabusu 07 İyun 2016 01:00 Dünya İŞİD terrorçularının İraqın əl-Ənbar vilayətində, Fəllucə şəhərinin azad edilməsi əməliyyatları çərçivəsində ağır hücumlara məruz qalması və şəhərin mühasirəsinin möhkəmləndirilməsi ilə terrorçuların məğlubiyyətinin reallaşacağını görüncə , regionda terrorçuların başlıca himayədarı olan Ərəbistan ciddi sarsıntı keçirməyə başlayıb. Elə buna görə də, Fəllucədə İŞİD əleyhinə savaşan könüllü xalq qüvvələrinə qarşı geniş təbliğatlara başlayaraq, Fəllucədə gedən savaşı sünni-şiə savaşı kimi qələmə verməyə çalışırlar. İraqlı qüvvələrin Fəllucə şəhərinin mərkəzinə yaxınlaşması ilə bəzi ərəb ölkələrinin İraqlı qüvvələr əleyhinə təbliğatları artmağa başlayıb. Ərəb mediaları Fəllucə uğrunda gedən savaşı şiə-sünni qarşıdurması kimi qələmə verirlər. Ərəbistan şahzadələri isə Fəllucədə baş verənləri İslam əleyhinə müharibə adlandırırlar. Bununla da onlar İŞİD terror qruplaşmasını İslamın simvolu qələmə verməyə çalışırlar. Tam bir Amerika İslamının. Amma, sünni din alimləri Fəllucə əməliyyatına dəstək verməklə onların cavablarını verib. İraq sünnilərinin Fəllucə əməliyyatına geniş dəstək verməsi İŞİD-in artıq İraqda heç bir bazaya malik olmadığını bir daha sübut etmiş oldu. Sünniləri himayə iddiasında olan İŞİD isə bu gün Fəllucədə sünni əhalini qətliam edir. İŞİD-in əlindən qaçmağı bacaran şəhər əhalisi isə çöllərə düşərək, çarəsiz vəziyyətdədir. (maide.az) Teqlər : #Fəllucə əməliyyatı,#Ərəbistan şahzadələrinin kabusu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Moskvada Ramazan çadırının açılışı olub - FOTO Məkkədə oteldə yanğın - 570 zəvvar evakuasiya edildi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO