Fələstinlilərlə İsrail qüvvələri arasında toqquşma baş verdi

Fələstinlilərlə İsrail qüvvələri arasında toqquşma baş verdi

 
Eastnews.org-un verdiyi xəbərə görə, ötən axşam Rəmallahın qərbindəki Ofer həbsxanası yaxınlığında İsrail qüvvəcləri ilə fələstinli gənclər arasında qarşıdurma meydana gəlib. Aclıq aksiyası keçirən fələstinli məhbuslara dəstək məqsədilə keçirilən yürüşün İsrail qüvvələri tərəfindən zorakılıqla yatırılmasından sonra baş verən toqquşmalarda çox sayda adamın yaralandığı qeyd edilib.
 
Fələstinli qadın jurnalist Rağde Atmenin Ayağına tuş gələn gözyaşardıcı bomba, gənclərdən birin də plastik gülləylə yaralandığı bildirilib.
 
Yerli mənbələr aclıq aksiyası keçirən fələstinli məhbuslara dəstək üçün Ofer həbsxanası yaxınlığında təşkil olunan yürüşə İsrail qüvvələrinin sərt bir şəkildə müdaxilə etdiyini və nümayişçilərin üzərinə gözyaşardıcı bomba yağdırdığını deyib.    
 
İslami Müqavimət Hərəkatı (HƏMAS) üzvü əsirlər ali komanda heyəti onlarca əsirin yerlərinin dəyişdirilməsinə etiraz məqsədilə bütün həbsxanalarında səfərbərlik elan etmişdi. /

Google+ WhatsApp ok.ru