Fələstin kəndlərinin sakinləri susuzluqdan əziyyət çəkirlər

Fələstin kəndlərinin sakinləri susuzluqdan əziyyət çəkirlər

 Fələstinin Qərb Şəriyədə yerləşən Kəfr Əl-Dik kəndinin sakinləri çox çətin durumda yaşayırlar.
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki,  kənd sakinləri  bildiriblər ki, iyun ayından bəri su problemi yaşayırlar.
 
Bələdiyyə həftədə iki dəfə  1 saat ərzində su verirdi.
 
Kənd sakinlərindən biri deyib ki, mən hər gün hava proqnozu yoxlayıram, üç həftə əvvəl yağış demişdilər, amma yağmadı. Yalnız Allaha dua edirəm ki, yağış yağsın.
 
Son zamanlar Fələstinin Qərb Şəriyədə  yerləşən bir çox yaşayış məntəqələri kəskin su qıtlığı ilə üzləşiblər.Cenin və Hebron kimi kəndlərdə 40 gün su olmayıb. 
 

Google+ WhatsApp ok.ru