Fələstin Qüds üçün hərəkətə keçdi

Fələstin Qüds üçün hərəkətə keçdi

-- Ərəb Birliyi fövqəladə iclas keçirəcək

Fələstin xarici işlər naziri Riyad-Əl Maliki Ərəb Birliyi və İslam Əməkdaşlıq Təşkilatını (İƏT) Qüds üçün təcili toplantı keçirməyə çağırıb. 
 
Maide.Az "Anadolu" agentliyinə istinadən məlumat verir ki, ABŞ prezidenti Donald Trampın, Təl-Əvivdəki ABŞ səfirliyinin Qüdsə köçürülməsi və buranı işğalçı İsrail rejiminin paytaxtı olaraq tanınması üçün hazırlanmasına dair xəbərlərin ardından Fələstin rəhbərliyi tərəfindən başlanılan diplomatik təşəbbüslər davam edir. 
 
Nazirlikdən verilən yazılı açıqlamada bildirilir ki,  Fələstin xarici işlər naziri Riyad Əl Maliki, Ərəb Birliyi Baş katibi Əhməd Əbu Qeyt və İƏT baş katibi  Yusuf Bin Əhməd Əl-Useymim ilə əlaqə yaradıb, Fələstindəki son durum və ABŞ prezidentinin Qüdslə bağlı planları və Qüdsü "İsrailin vahid və sonsuz paytaxtı" təyin etməsi istiqamətində danışıqlar aparıb. 
 
R.Maliki hər iki təşkilatdan Qüdslə bağlı təcili  toplantı keçirməyi və bununla bağlı  ölçü götürməyə çağırış etdiyi bildirilir. 
 
Xəbərdə həmçinin R.Malikinin  Körfəz Əməkdaşlıq Şurasına da eyni çağırışı etdiyi qeyd edilir. 
 
Xatırladaq ki, “Həmas” siyasi büro rəhbəri İsmail Həniyyədə  Ərəb Birliyindən Qüds üçün  təcili toplantı keçirməyə çağırıb. 
 
“Həmas”dan verilən bəyanatda bildirilir ki, biz Fələstinlilər olaraq  Qüdsümüzü, torpaqlarımızı və haqqımızı qoruyacayıq.
 

Qeyd edək ki, Ərəb Birliyinin ABŞ-ın Təl-Əviv səfirliyini Qüdsə köçürmək planlarını müzakirə etmək üçün sabah fövqəladə toplanacağı bildirilib.

Ərəb Birliyi baş katibinin Müavini Husam Zəki verdiyi açıqlamada Fələstinin tələbi ilə Qüds mövzusunda müşavirə keçiriləcəyini söyləyib.

 

Google+ WhatsApp ok.ru